Goranboydakı qəzada yaralananların kimliyi məlum olub.

"Unikal" qəzada xəsarət alanların adlarını təqdim edir:

- 2006-cı il təvəllüdlü Həşimova Röya Eldəniz qızı və onun bacısı 2004-cü il təvəllüdlü Həşimova Aysu Eldəniz qızı;

- 1981-ci il təvəllüdlü Əhmədova Yeganə Əvəz qızı;

- 1985-ci il təvəllüdlü Cəfərova Nurlana Müzəffər qızı;

Hazırda onların vəziyyəti qənaətbəxşdir.

Ehtiram Muradov

***

21:42

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Zeyvə kəndində qeydə alınıb.

İki avtomobillin toqquşması zamanı 4 qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.