Şəmkir rayonunda minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, rayonun Şiştəpə kəndində “VAZ” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.