Pakistanda 5 həftə davam edən musson yağışları nəticəsində ölənlərin sayı 290 nəfəri keçib.

"Unikal" Anadolu Agentliyinə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 284 nəfər xəsarət alıb.

Aramsız yağışlar infrastruktura ciddi ziyan vurub. Ölkə üzrə on minədək bina, körpü və yol dağılıb.