Bosniya və Herseqovinada yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Sarayevo polisi məlumat yayıb.
"Təxminən saat 15:00 (Bakı vaxtı ilə saat 17:00) Nişiç yaylasında naməlum təyyarə qəzaya uğrayıb. Polis İdarəsinin əməkdaşları və təcili yardım briqadası hadisə yerinə yollanıb, həkim iki nəfərin öldüyünü təsdiqləyib", - polisin açıqlamasında deyilir.
Bosniya və Herseqovina Prokurorluğu ölənlərin Avstriya vətəndaşları olduğunu bildirib.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.