Bərdədə 3 azyaşlını maşın vurub.

"Unikal"-ın məlumatına görə, hadisə rayonun Qaradəmirçi kəndində qeydə alınıb.

Belə ki, kənd sakinləri  2008-ci il təvəllüdlü Səfərova Leyla Füzuli qızı, 2015-ci il təvəllüdlü Səfərov Vəli Füzuli oğlu və 2016-cı il təvəllüdlü  Məmmədov Ümüd Şakir oğlu yolu keçmək istəyən zaman onları "Moskviç" markalı minik avtomobili vurub.
Hər 3 yaralı hadisə yerinə cəlb olunan təcili tibbi yardım maşını ilə Bərdə rayon Diaqnostika mərkəzinə çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Həsən Adıgözəlov