Kişinyovda Ukrayna ilə həmrəylik və Rusiyanın təcavüzünə qarşı aksiya keçirilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın Moldova Respublikasındakı səfirliyi yaxınlığında etiraz aksiyaları davam edir. Nümayiş Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı işğalının beş ayına həsr olunub.
Əraziyə çox sayda polis qüvvələri sövq edilib.