Saatlı rayon sakini cərəyan vurması nəticəsində ölüb.
"Unikal" xəbər verir ki, hadisə rayonun Qara Nuru kəndində baş verib.
Belə ki, kənd sakini 1973-cü il təvəllüdlü V.Abışova yaşadığı evin həyətyanı sahəsində məişət işləri ilə məşğul olarkən elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Saatlı rayon prokurorluğunda araşdırma aparılır.