Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu sahədə təhlükəsizliyin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Qurumdan "Unikal"a verilən xəbərə görə, "AZ FP CO LTD" MMC-nin Agentliyə daxil olan istehlaka yararsız və istifadə müddəti bitmiş ərzaq məhsulları ilə bağlı müraciəti əsasında həmin məhsulların məhv edilməsi barədə qərar qəbul olunub.
Qərara əsasən, “AZ FP CO LTD” MMC tərəfindən istehsal olunmuş, lakin istifadəyə yararlılıq müddəti bitmiş 69 adda, 10616.84 kiloqram çəkidə xama, qaymaq, yoğurt, dondurma və digər növ süd məhsulları Sumqayıt şəhərindəki Tullantıların Zərərsizləşdirməsi Poliqonunda müvafiq qaydada məhv edilib.