Sabirabadda oğlan istədiyi qızın ailəsini öldürməklə hədələyib.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Sabirabad Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini olan bir qadın qızının sosial şəbəkədə tanış olduğu oğlanla getməsini, lakin sonradan yaşadığı evə qayıtmasını, habelə həmin oğlanın qızın onunla getməyəcəyi təqdirdə onları öldürəcəyi və yaşadıqları evi yandıracağı ilə hədələməsini bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini E.Zamanov müəyyən edilərək saxlanılıb.
Onun yaşadığı evə baxış zamanı oradan pnevmatik tapança, 1 ədəd patron darağı və 15 ədəd patron aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.