Bərdədə yanğın hadisəsi baş verib.

"Unikal"-ın məlumatına görə, yanğın hadisəsi rayonun Alaçadarlı kəndində qeydə alınıb. Kənd sakini Muxtarov Elmir Məhər oğluna məxsus 3 otaqlı fərdi yaşayış evində başlayan yanğın qısa müddətdə ətrafı bürüyüb. Hadisə şahidlərinin bildirildiyinə görə, yanğına səbəb elektrik naqillərindəki qısa qapanma olub. Hadisə yerinə dərhal FHN-nin Bərdə rayon yanğından mühavizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülsə də ev tamamilə yanıb. Hadisə nəticəsində ailəyə küllü miqdarda ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır. 

Həsən Adıgözəlov