Azərbaycanının kişilərdən ibarət şahmat millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünə çıxıb.
"Unikal" xəbər verir ki, yığma 2-ci turda Filippin seçməsi ilə qarşılaşıb. Komandamız rəqibinə qalib gəlib.
Qədir Hüseynov və Nicat Abbasov rəqiblərini məğlub edib, Vasif Durarbəyli isə heç-heçəyə razılaşıb. Hazırda Rauf Məmmədovun görüşü davam edir. 34 yaşlı qrossmeyster məğlub olsa belə, yekun nəticə dəyişməyəcək.
Qeyd edək ki, milli ilk turda dünən Əlcəzairi 4:0 hesabı ilə üstələyib.
2-ci tur
Filippin – Azərbaycan - 0,5:2,5
Mark Paraqua – Rauf Məmmədov
Rocerio Barcenilya – Qədir Hüseynov - 0:1
Con Pol Qomes – Vasif Durarbəyli - 0,5:0,5
Paulo Bersamina – Nicat Abbasov - 0:1