Türkiyənin "Fənərbaxça" futbol klubunun prezidenti Ali Koç Kiyevin "Dinamo" klubu ilə oyunda azarkeşlərin Vladimir Putinin adını səsləndirməsinə görə komandanın Ukraynadan üzr istəməyəcəyini bildirib.
"Unikal" xəbər verir ki, "Biz Ukraynadan üzr istəməyəcəyik", - deyə o bildirib.
Hadisə iyulun 27-də Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları zamanı baş verib. "Dinamo" qol vurduqdan sonra "Fənərbaxça" azarkeşləri Rusiya prezidentinə dəstək üçün "La-la-la-la-la, Vladimir Putin" şüarını səsləndirməyə başlayıblar.