"Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
"Unikal" xəbər verir ki, İstanbul təmsilçisi Niderlandın "AZ Alkmaar" klubunun yarımmüdafiəçisi Fredrik Midtşyönü heyətinə qatıb.
Norveç millisinin formasını geyinən 29 yaşlı oyunçu "Cim-Bom"la müavilə imzalamaq üçün bu gün axşam saatlarına İstanbula gələcək.
Fredrik Midtşyö ötən mövsüm Niderland çempionatında 29 oyuna çıxıb, 5 məhsuldar ötürmə edib.