Latın Amerikası ölkələrindən biri olan Boliviyada keçmiş prezident Evo Morales "Copa Evo" adlı beynəlxalq futbol turniri təşkil edir.
"Unikal" xəbər verir ki, gənc komandaların meydana çıxdığı "Evo" Kubokunda Boliviyadan və digər Latın Amerikası ölkələrindən 6 komanda iştirak edir.
Digər tərəfdən, müxalifət milli futbol federasiyasının solçu liderin adını daşıyan turnirə dəstək verməsini tənqid edib.Vəziyyətlə bağlı FİFA-ya şikayət etməyə hazırlaşan müxalifət partiyalarının fikrincə, ölkənin ilk daxili lideri olan Morales futbol sevgisindən çox, 2025-ci ildə keçiriləcək seçkilərə dəstəyini artırmağı hədəfləyir.
Futbola həvəsi ilə tanınan keçmiş prezident turnirin beynəlxalq həmrəyliyi gücləndirəcəyini müdafiə edir.
2019-cu ildə çevriliş nəticəsində vəzifəsindən uzaqlaşdırılan Morales, Luis Arsenin partiyasından prezident seçilməsindən sonra sürgünə getdiyi Argentinadan ölkəsinə qayıdıb və coşqu ilə qarşılanıb.
Gülayə Mecid