"Barselona" rəhbərliyi argentinalı hücumçu Lionel Messinin geri qaytarılması üçün işə başlamaq niyyətindədir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, rəhbərlik 2023-cü ilin yayında Messi ilə danışıqlar aparmağa çalışacaq. Qeyd olunur ki, Messi ilə əlaqəni hazırkı baş məşqçi Xavi Ernandes saxlayır.
Qeyd edək ki, 35 yaşlı hücumçu hazırda "PSJ"də çalışır.
Ağarza Elçinoğlu