Koreya Xalq Demokratik Respublikası (KXDR) Tayvan məsələsinə hər hansı xarici qüvvələrin müdaxiləsini pisləyir və Çin hökumətinin öz suverenliyini, ərazi bütövlüyünü qətiyyətlə müdafiə etmək üçün ədalətli mövqeyini tam dəstəkləyir.

"Unikal" xarici KİV-ə  istinadən xəbər  verir  ki, bu fikirlər KXDR Xarici İşlər Nazirliyinin sözçüsünün məsələyə dair açıqlamasında yer alıb.

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərini şərh edən XİN rəsmisi bildirib ki, Tayvan Çinin ayrılmaz hissəsidir və Tayvan məsələsi Çinin daxili işidir.