ABŞ-dan olan qadın basketbolçu Brittni Qrayner Rusiyada həbs olunub.
"Unikal" xəbər verir ki, 32 yaşlı oyunçu Ximki məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qaçaqmalçılıqda və narkotik saxlamaqda təqsirli bilinən idmançı həmçinin 1 milyon Rusiya rublu məbləğində cərimələnib.
Qeyd edək ki, Brittni Qrayner bu ilin fevralında Şeremetyevo hava limanında saxlanılıb.