Avropa İttifaqı sanksiyalar siyahısını genişləndirir.

"Unikal" xəbər verir ki, Avropa İttifaqı Ukraynanın rusiyayönlü keçmiş prezident Viktor Yanukoviçə qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.

Qeyd olunub ki, siyahıda Yanukoviçin oğlu Aleksandr Yanukoviç də var. Avropa Şurasından verilən açıqlamada Rusiyanın Ukraynaya hücumuna görə daha iki nəfərin sanksiya siyahısına salındığı bildirilib .

Qeyd olunub ki, bu şəxslər Ukraynanın keçmiş prezidenti Yanukoviç və onun oğlu Aleksandr Yanukoviç olub.

Yanukoviç və oğlu Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi, dövlətin sabitliyi və təhlükəsizliyinin təhdid edilməsində rol oynayıb. Yanukoviçin oğlunun Ukraynanın şərqindəki Donbas bölgəsində rusiyayönlü separatçılarla əməkdaşlıq etdiyi də məlum olub. 

Rusiyanın Ukraynaya hücumundan sonra AB-nin tətbiq etdiyi sanksiya siyahısında çoxlu sayda şəxs və təşkilat var. Fiziki şəxslərə qarşı tətbiq edilən sanksiyalara səyahət qadağaları və aktivlərin dondurulması daxildir.