Türkiyədə avtobusla yük maşını toqquşub. 

"Unikal" xəbər verir ki, hadisə Konya vilayətinin Səlcuqlu mahalının Büyükkayacık Məhəlləsi Sənaye Bölgəsində meydana gəlib. baş verib.

İşçiləri daşıyan avtobusla yük maşınının toqquşması nəticəsində bir nəfər ölüb, 25 nəfər yaralanıb.

Yaralılar təcili yardımlarla şəhər mərkəzindəki xəstəxanalara aparılıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.