Almaniyanın Səhiyyə naziri Karl Lauterbax koronavirusa yoluxub.

"Unikal" xəbər verir ki, bu barədə Səhiyyə nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, ötən gün nazirin Covid-19 testi müsbət nəticə versə də, özünü yaxşı hiss edir. Nazir təcrid şəraitində işləyir.

59 yaşlı nazir 4 doza vaksin qəbul edib.