Termezdə Özbəkistan və Tacikistanın birgə hərbi təlimləri keçirilir.

"Unikal" xəbər verir ki, bu barədə Özbəkistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Açılış mərasimindən sonra Özbəkistanın hərbçiləri tərəfindən nümunəvi dərslər təşkil olunub. 

“Nümayiş təlimləri zamanı hərbçilər yaxın döyüşün aparılması, yaralıların təxliyəsi və şərti düşmənin hücumunun dəf edilməsi üsullarını praktiki olaraq nümayiş etdiriblər”, - deyə məlumatın mətnində deyilir.

Qeyd edək ki, nümayiş təlimlərində Tacikistan hərbçiləri də iştirak edib.

Gülayə  Mecid