Dağıstanın Kizlyarski rayonunda faciə baş verib.

"Unikal" xəbər verir ki, iki azyaşlı uşaq avtomobilə oturaraq qapıları bağlıayıblar.

Uşaqlardan biri ölüb, digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bu barədə “Dağıstanın Daxili İşlər Nazirliyi” Telegram kanalı məlumat yayıb .

Avqustun 5-də günorta saatlarında Vpered kəndində iki uşaq yoxa çıxıb: dörd yaşlı oğlan və iki yaşlı qız. Valideynlər polisə zəng etməyib, qohumları və həmkəndliləri tərəfindən axtarışlar təşkil edilib. Su anbarlarını, dərələri, çölləri və digər təhlükəli yerləri yoxlanılıb. Nəticədə uşaqlar günorta saatlarında evin yanında dayanmış avtomobillərdən birində tapılıb.

Respublika Daxili İşlər Nazirliyindən verilən məlumata görə, arxa şüşələr tündləşdiyindən uşaqları görmək mümkün olmayıb.