Gəncə şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Təmizlik İdarəsində sürücü kimi işləyən Röya Hüseynov özünə xəsarət yetirib.
"Unikal"ın məlumatına görə, qol nahiyəsinin damarlarını kəsən R.Hüseynov bu addımı atmasına səbəb kimi Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis müavini Naqif İbişovun və həmin idarənin digər işçisi Bağır Əliyevin onu təhqir etmələrini göstərib.
Qeyd edək ki, R.Hüseynova tibbi yardım göstərilib, hazırda vəziyyəti normaldır.
Seymur Əli