Üsyançılar Taylandın cənubunda müsəlmanların çoxluq təşkil etdiyi 3 fərqli şəhərdə eyni vaxtda bomba və yandırma hücumları həyata keçirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisələr Pattani, Narathivat və Yala bölgələrində baş verib.
Tailand ordusunun sözçüsü Pramote Promin ölkənin cənubunda yerləşən sözügedən şəhərlərdəki 17 nöqtəyə hücum edildiyini açıqlayıb.
Hadisələr zamanı 3 mülki vətəndaşın da yaralandığı qeyd olunub.
Ağarza Elçinoğlu