Rusiyada İrkutsk vilayətinin Ust-Kut hava limanında eniş zamanı Anqara aviaşirkətinə məxsus təyyarənin qanadının bir hissəsi qopub. Həmin an təyyarənin göyərtəsində 4 ekipaj üzvü və 44 sərnişin olub.
"Unikal" rus mediasına istinadən xəbər verir ki, An-24 təyyarəsi çətin hava şəraitində eniş edib. Eniş anında təyyarə qanadı ilə uçuş-enmə zolağına toxunub və qanadı qırılıb.
Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.