Samuxda intihara cəhd edən qazi ilə araşdırmalara başlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, avqustun 18-də, saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayevin Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd etməsi faktı ilə bağlı Samux rayon prokurorluğunda araşdırma aparılır.

***

13:55

Samuxda intihara cəhd edən qazinin vəziyyəti ağırdır.

Gəncə Şəhər Akademik Zülfüqar Məmmədov adına xəstəxanın baş həkimi Qafar İbrahimov "Unikal"a bildirib ki, qazi Təbriz Abdullayev həkimlərin müşayiəti ilə Bakı şəhərindəki Yanıq Mərkəzinə göndərilib.

***

12:29

Samuxda qazi intihara cəhd edib.

"Unikal"ın məlumatına görə, hadisə Samux rayon İcra Hakimiyyətinin qarşısında qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Təbriz Abdullayev icranın qarşısında benzin törkərək özünü yandırıb.

Yanıq xəsarətləri alan T.Abdulayev Gəncə şəhərində yerləşən  xəstəxanaların birinə  yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, T.Abdullayevin 44 günlük vətən müharibəsinin qazisi olduğu bildirilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Tural Əhmədov