Ermənilər Ramil Səfərovdan Avropa Məhkəməsinə şikayət edib
16:37 01-03-2013
SİYASƏT
Ermənistan İnsan Haqları üzrə Avropa Məhkəməsinə Ramil Səfərovla bağlı şikayət ərizəsi təqdim edib.
APA-nın news.am-a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan ədliyyə nazirinin müavini Ruben Melikyan bildirib.
R. Melikyanın sözlərinə görə, ərizə Budapeştdə Ramil Səfərov tərəfindən öldürülmüş Qurgen Marqaryan və hadisə zamanı zərər çəkmiş Ayk Makuçyanın hüquqi varisləri tərəfindən təqdim olunub.
Şikayət ərizəsində Ramil Səfərovun ekstradisiyası məsələsində Azərbaycan və Macarıstanın hərəkətlərinin, R. Səfərovun əfvinin və qəhrəman səviyyəsində qəbul edilməsinin hüquqa zidd olması ilə bağlı məsələ qaldırılıb.
Naziri müavini bildirib ki, Ermənistanın rəsmi şəxsləri bu prosesdə qoşulmayıblar, lakin vaxtı gələndə bu işdə iştirak etməyə hazırdırlar.
Ərizə İnsan haqları üzrə Avropa konvensiyasının 2 (yaşamaq hüququ) və 14-cü (diskriminasiyaya qadağa) maddəsinə əsasən təqdim edilib.
Digər Xəbərlər
2024-12-24 13:03:49
2024-12-24 12:50:00
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53
2024-12-23 19:20:00
2024-12-23 17:04:32
2024-12-23 16:48:00
2024-12-23 16:35:46
2024-12-23 15:20:16
2024-12-23 14:02:12
2024-12-23 13:46:00