Türkiyəli məşhur aktyor, serial ulduzu Civan Canova 67 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə aktyorun sənət dostu Esma Dermancıoğlu məlumat yayıb.

Qeyd edək ki, Civan Canova “Paramparça”, “Çiçek taksi”, “Karadayı”, “Atiye”, “Fatmagülün suçu ne?” kimi məşhur seriallarda əsas rolların ifaçısı olub.