Ukrayna silahlı qüvvələri avqustun 24-də müstəqilliyin 31-ci ildönümü günü Krım körpüsünə hücum edə bilər.
"Unikal" xəbər verir ki, bunu Müdafiə Qüvvələrinin Ehtiyatının mayoru Viktor Vertsner yerli KİV-lrdən birinə müsahibəsində deyib.
Onun sözlərinə görə, təkcə ruslar deyil, ukraynalılar da “simvolik tarixləri” sevirlər.
"Və buna görə də mən bu tarixlərdə, ilk növbədə, Ukrayna ərazisinə raket atəşinin artacağını gözləyirəm. Ona görə də hər kəsə bu dəfə bayramları evdə qeyd etməyi tövsiyə edirəm. Həmçinin Ukrayna bu günlərdə vəziyyəti gərginləşdirməlidir", - deyə o, ifadə edib.
Qeyd edək ki, ukraynalılara 23-24 avqust tarixlərində Rusiya Federasiyasından yüksək raket hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq edilib. Bu günlərdə Ukraynada Bayraq Günü və Müstəqillik Günü qeyd olunacaq.
Bununla yanaşı, bəzi xarici KİV-lər Rusiyanın Müstəqillik Günü üçün və Zelenskiyə qarşı təxribatlar hazırladığını iddia edir.
Gülayə Mecid