Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftə Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, liderlərin Zaporojye AES-dəki vəziyyəti və Ukrayna böhranını müzakirə edəcəyi gözlənilir.
"Ərdoğan Putinlə Lvovda Zelenski və BMT baş katibi Antonio Quterreşlə keçirdiyi danışıqların nəticələrini müzakirə etmək, habelə Rusiya liderindən Zaporojye AES-də vəziyyətin tənzimlənməsi üçün konkret tədbirlər görməyi xahiş etmək niyyətindədir. Türkiyə bu məsələdə öz vicdanlı vasitəçilik rolunu oynamaqda davam edir",- KİV qeyd edib.