Fransanın "TotalEnergies" enerji şirkəti və İtaliyanın "Eni" şirkətləri Kipr sahillərində böyük təbii qaz yataqlarının aşkar edildiyini elan ediblər.
"Unikal" xəbər verir ki, aşkar olunan qaz yataqlarının həcmi 70 milyard kubmetr qiymətləndirilir.
Qeyd olunub ki, 2018-ci ildə kəşf edilən "Kalipso-1" qaz yatağındakı işi "Eni Cyprus" həyata keçirir, onun tərəfdaşları bərabər paylara sahibdirlər. Bildirilib ki, yeni qaz yatağı operator tərəfindən qazılan dördüncü quyuda aşkarlanıb.
Ağarza Elçinoğlu