Serbiya 2022-ci il noyabrın 1-dən etibarən Rusiya neftinin idxalını dayandıracaq.
"Unikal" xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç bildirib.
"Noyabrdan sonra bizim üçün Rusiya nefti olmayacaq, sanksiyalar altındayıq. Ona görə də qaz, mazut və kömür haqqında danışmayaq", - o, qeyd edib.
Ağarza Elçinoğlu