Türkiyəli aktyor Aras Bulut İynəmlinin baş rolunu canlandıracağı "Atatürk" serialında oynayacaq simalardan daha birinin kimliyi açıqlanıb.
"Unikal" axşam.az-a istinadən xəbər verir ki, ekran işində "La Casa de Papel" serialında "Helsinki" obrazına həyat verən aktyor Darko Perik də rol alacaq.
Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün həyatından bəhs edən serialda Songül Ödən, Mehmet Günsür, Bərk Cankat, Bertan Asllani, Esra Bilgiç, Sahra Saş da yer alır.