Müğənni Yeganə Mürsəlova "Xəbər-ətər" proqramına qonaq olub.

"Unikal" xəbər verir  ki,  sənətçi verilişdə "Taleyim" mahnısın onun həyatında bir çox şeyi dəyişdiyini açıqlayıb:

""Taleyim" mahnısını oxuyandan sonra özümə mənzil yox, mənzillər, avtomobillər almışam. Bu yaxınlarda "Taleyim" mahnısını bir məclisdə ifa etdim. Bu nəğməni 22 il əvvəl oxumağıma baxmayaraq, hələ də ifa etməyimi istəyirlər. Adımı bilən yoxdur. Elə "Taleyim" adı ilə çağırırlar. O mahnı ilə "Səbuhi records" şirkətinindən kifayyət qədər pul qazanmışam. O zamanlar mahnılar kasetə yazılırdı, disk yox idi".

 

Qeyd edək ki, Yeganə Mürsəlova Fateh adlı Türkiyə vətəndaşı ilə ailəli olub. Daha sonra cütlük boşanıb. Onların Ömər adlı oğlu var.