Ukrayna səfiri Petr Vrublevski Qazaxıstan Xarici İşlər Nazirliyinə çağırılıb.
"Unikal" xəbər verir ki, XİN-də nazir müavini Ermuxambet Konuspayevlə Ukrayna səfiri arasında görüş keçirilib və ona ruslar haqqında verdiyi açıqlamaya görə etiraz edilib.
Qazaxıstan Xarici İşlər Nazirliyi də "bu cür bəyanatların qəbuledilməzliyini və səfirin fəaliyyəti ilə uyğunsuzluğunu" bəyan edib.
Ağarza Elçinoğlu