Türkiyənin Şırnak adlanan ərazisində dəhşətli ailə faciəsi baş verib.
"Unikal" xəbər verir ki, Həsən Karaaslan adlı şəxs gecə saatlarında arvadını və 3 qızını evdə yatarkən ov tüfəngi ilə başından vuraraq öldürüb.
Karaaslan daha sonra polisə təslim olub. Hadisə yerinə gedən polis qrupları 4 nəfərin cansız bədəni ilə qarşılaşıb.
Qətlin hansı səbəbdən baş verdiyi məlum deyil. Araşdırma aparılır.