Rusiya prezidenti Vladimir Putin meşə yanğınları ilə üzləşən bölgələrə səfər etməyi Baş nazir Mixail Mişustinə tapşırıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya lideri meşə yanğınlarının aradan qaldırılması üzrə müşavirədə çıxışı zamanı bildirib.

"Dünən biz Baş nazirlə digər məsələlərlə yanaşı, yanğınlarla mübarizə ilə bağlı məsələləri də müzakirə etdik. Mən ondan bu ərazilərə də baş çəkməyi xahiş etdim", - Putin qeyd edib. 

Ağarza Elçinoğlu