Hindistanda 24 yaşlı yerli sakin mədə ağrısı üçün dərmanı siçovul zəhəri ilə qarışdırdıqdan sonra ölüb.
"Unikal" xəbər verir ki, hadisə Mumbay şəhərində baş verib. Əri düşərgəyə gedən qadın evdə tək olub.
Mədəsi ağrayan qadın dərman qəbul etmək qərarına gəlib, lakin təsadüfən siçovullar üçün zəhəri içib.
Zərərçəkmiş xəstəxanaya yerləşdirilib - qadına qaraciyərin ağır zədələnməsi diaqnozu qoyulub. Nəticədə o, altı gün sonra dünyasını dəyişib.