ABŞ Rusiyanın bu həftə Ukraynada "saxta" referendum elan edə biləcəyini açıqlayıb.
"Unikal" xəbər verir ki, sözügedən referendumun bu həftə elan oluna biləcəyi bildirilib.
Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi mətbuata açıqlamasında bildirib ki, Moskva rəsmilərə Ukraynada saxta referendumlar keçirməyə hazırlaşmağı tapşırıb və ilk elanın bu həftə gəlməsi ehtimalı var. Digər tərəfdən, bu gün Ukraynanın 31-ci Müstəqillik Günündə Rusiya ordusunun hücumları ehtimalı səbəbindən kütləvi mərasim keçirilməyib.
Böyük Britaniyanın baş naziri Boris Conson Ukraynanın 31-ci Müstəqillik Günü münasibətilə paytaxt Kiyevə gözlənilməz səfər edib.