İlon Maskın keçmiş sevgilisi Cennifer Guynne milyarderin yeniyetməlik illərindən fotolarını hərraca çıxarıb.

"Unikal" xəbər verir  ki, 48 yaşlı Guynne qazandığı pulla ögey oğlunun kollec təhsili ödəyəcək. 

Belə ki,  ikili 1994-cü ildə Pensilvaniya Universitetində oxuyarkən tanış olublar və  onlar arasındakı münasibət cəmi bir il davam edib.

Guynne, 1995-ci ildə karyerasını davam etdirmək üçün Kaliforniyaya köçdükdən sonra İlondan ayrıldığını bildirib. 

Hazırda Cənubi Karolinada yaşayan Guynne "Daily Mail"yə açıqlamasında "Münasibətimiz zamanı MAsk "çox məşğul" olub və bütün diqqətini dərslərinə verib", - deyə  ifadə edib. 

Keçmiş sevgilisi İlon Maskın şəkillərini hərraca çıxarır