İsrailin Beyt Şemeş şəhəri yaxınlığındakı meşəlik ərazidə yanğın baş verib.

"Unikal" xəbər verir ki, yanğınsöndürmə işləri davam etdiyi üçün çoxlu sayda insan ərazidən təxliyə edilib.

YYanğınsöndürmə və Xilasetmə Xidmətindən verilən açıqlamada bildirilib ki, yanğına 6 təyyarə, 1 helikopter və 35 yanğınsöndürən cəlb olunub. Yanğın hələ ki, nəzarət altına alınmasa da, hələlik tələfat və xəsarət alanlar barədə məlumat yoxdur.