"Real Madrid"in fransalı hücumçusu Kərim Benzema UEFA tərəfindən ilin ən yaxşı futbolçusu seçilib .
"Unikal" xəbər verir ki, hücumçu 2021/22 mövsümündə Çempionlar Liqasının qalibi və 15 qolla turnirin bombardiri olub.
Ümumilikdə, Benzema ötən mövsüm bütün yarışlarda 46 oyuna çıxıb, 44 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. 34 yaşlı fransalı həm də ötən mövsümün sonunda “Qızıl top”a əsas namizədlərdən biridir. Ötən mövsüm bu mükafatı "Çelsi"nin yarımmüdafiəçisi Jorginyo alıb.
"Barselona"nın və İspaniya millisinin yarımmüdafiəçisi Aleksia Putellas UEFA-nın ilin ən yaxşı qadın futbolçusu mükafatını alıb.