"Yeşilçam" aktyor Ali Güney vəfat edib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi 66 yaşında dünyasını dəyişib. O, 3 gün əvvəl nəfəs darlığı səbəbindən xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, karyerasına 1970-ci illərdən başlayan A.Güney "Gecede Gülperi", "Pişt", "Korkma", "Gece yolcuları Recep ile Selena",  "Atatürk’ün fedaisi topal Osmantürk" kimi məşhur filmlərdə rol alıb. O, daha çox mənfi obrazlarıyla tanınıb.