ABŞ prezidenti Co Bayden noyabrda keçiriləcək Konqres seçkiləri ərəfəsində təşkil edilən tədbirdə çıxış edib. O, çıxışında Respublikaçılar Partiyasından Donald Trampın tərəfdarları haqqında sərt açıqlamalar verib.
"Unikal" xəbər verir ki, Baydenin sözlərinə görə, Respublikaçıların Trampı dəstəkləyən planı “yarı faşizmə yaxındır”.
Tezliklə həm şərq, həm də qərb sahillərindəki bir neçə ştata səfər edəcək prezident Demokratlar Partiyasının namizədlərini dəstəkləyəcək və Respublikaçıların Konqresə nəzarəti ələ keçirməsinə mane olacağına ümid edir.
Merilend ştatının siyasi liderləri Demokratlar Partiyasının Milli Komitəsinin Vaşinqton ətraflarında keçirilən tədbirində iştirak ediblər.
Belə ki, tədbirdə çıxış edən Bayden demokratlarla respublikaçıların proqramları arasındakı fərqi vurğulayaraq, ara seçkilərdə iştirak edənlərin seçim etmək imkanı əldə edəcəklərini qeyd edib.