Rusiyadan Yunanıstana gedən tanker və kiçik motorlu qayıq Türkiyənin Burhanlı bölgəsində Çanaqqala boğazında toqquşub.
"Unikal" xəbər verir ki, bu barədə İNA agentliyi məlumat yayıb.
"Qəza axşam saat 21:00 radələrində (25 avqust - red.) güclü yağış zamanı baş verib. Rusiyadan Yunanıstana gedən 140 metr uzunluğundakı Karakuz tankeri üzərində 2 nəfərin olduğu qayıqla toqquşub", - nəşr yazır.
Çanaqqala Gəmi Trafik Xidməti hadisə yerinə bir yedək gəmisi və bir qayıq göndərib.
İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.