İrəvandakı "Surmalu" ticarət mərkəzində baş vermiş yanğın və partlayışla bağlı cinayət işinin istintaqı çərçivəsində 4 vətəndaş saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat katibi Arevik Xaçatryan məlumat yayıb.
Bildirilir ki, şəxslərdən ikisi yanğın təhlükəsizliyi qaydalarını pozmaqda, digər ikisi isə ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olmaqda ittiham edilir.
Qeyd edək ki, avqustun 14-ü “Surmalu” ticarət mərkəzində baş verən partlayış nəticəsində 16 nəfər ölüb, 62 nəfər yaralanıb. Daha 1 nəfər isə hələ də itkin düşmüş hesab olunur.