“Sabah” qəzetinin köşə yazarı, idman jurnalisti Gürcan Bilgiç “A Spor” telekanalında yayımlanan “Son Sayfa” verilişində səhvə yol verib.
"Unikal" xəbər verir ki, Gürcan Bilgiç “Qarabağ”ı Ermənistan komandası kimi təqdim edib.
Belə ki, o, verilişin aparıcısı Melike Çelikin klubların adlarını sadalamasından sonra ““Qarabağ” Ermənistan komandasıdır?” sualını verib. Aparıcı isə dərhal onun səhvini düzəldərək “Azərbaycan komandasıdır” deyib.
Gürcab Bilgiçin bu səhvi sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.