Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olması ilə bağlı bəyanat yayıb.
"Unikal" xəbər verir ki, bəyanatda deyilir:
“Laçın şəhəri, Zabux və Sus kəndlərinin 9 noyabr 2020-ci il tarixli Bəyanata uyğun olaraq davam edən proses çərçivəsində bu gün Azərbaycana qaytarılmasından məmnunluq duyuruq.
Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması istiqamətində atılmış bu mühüm addımın həm regional normallaşmaya, həm də Azərbaycan-Ermənistan münasibətlərinə töhfə verəcəyinə ümid edirik. Türkiyə indiyə qədər olduğu kimi, bundan sonra da qardaş Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməyə davam edəcək".