"TotalEnergies" neft-qaz şirkətinin Rusiya ilə əməkdaşlığının davam etdirilməsi Fransa üçün ayıbdır.
"Unikal" xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
O, sözügedən şirkəti Rusiyanı tərk etməyə çağırıb: "Biz Fransa prezidenti Emmanuel Makrona və Fransa xalqına Ukraynanı dəstəklədiklərinə görə minnətdarıq. Bunun fonunda, ukraynalıların öldürülməsinə və şəhərlərimizin dağıdılmasına töhfə verən fransız şirkətlərinə görə Fransaya ayıb olsun. "TotalEnergies" Rusiyadan çıxın".
Ağarza Elçinoğlu