Rusiya İrandan “yüzlərlə” pilotsuz uçan aparat alıb. Bunlar Ukraynaya genişmiqyaslı müdaxiləsində istifadə oluna bilər.
"Unikal" Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Rusiyanın Ukrayna hədəflərinə qarşı İran pilotsuz uçan aparatlarından istifadə etməyə başladığı hələlik məlum deyil, lakin kəşfiyyat rəsmiləri pilotsuz təyyarələrin işlək vəziyyətdə və istifadəyə hazır olduğunu bildirir.
Rusiyanın İran pilotsuz təyyarələrini alması xəbəri ABŞ və Aİ-nin sanksiyaların ləğvi müqabilində Tehranın nüvə proqramını məhdudlaşdıran 2015-ci il İran nüvə sazişini canlandırmağa çalışdığı bir vaxta təsadüf edir.